İKZF xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 53 014 borcalana 3 milyard 362 milyon 335 min manat kredit verib. Bu barədə “İKZF məlumat yayıb.
İndiyə qədər İKZF tərəfindən zəmanət və subsidiya verilmiş kreditlərin məbləği 549 milyon 443 min manat təşkil edib.
AIKZF 2021-2023-cü illərdə kommersiya (standart) şərtlərlə ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün daxili bazarda istiqrazlar yerləşdirməklə 1 milyard 180 milyon manat cəlb edib.
Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu” ASC-nin ləğvi və Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKGF) yaradılması haqqında fərman imzalayıb.
Aytac
Son xəbərlər
Daha çox 