Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı

Birbank Biznes qadın sahibkarlara dəstək olmaq və onların inkişafına töhfə vermək
məqsədilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində xüsusi təşəbbüslə çıxış etdi. Belə
ki, 6-7 mart 2025-ci il tarixlərində sahibkar xanımlar üçün “Passage 1901” ünvanında
satış yarmarkası təşkil edildi. Tədbir çərçivəsində xanım sahibkarlar üçün həm öz məhsul
və xidmətlərini təklif edə biləcəkləri, həm də yeni tərəfdaşlıqlar qurub, öyrənə, özlərini
inkişaf etdirə biləcəkləri mühit yaradıldı.
Ümumilikdə 60 sahibkar xanımın iştirak etdiyi layihə bununla yekunlaşmadı. Tədbirin ilk
günü Birbank Biznes sahibkar xanımlara mart ayı boyunca mikro kreditlərdə 8%-dək
endirim təqdim edəcəyini, iyun ayından etibarən isə onların bizneslərini peşəkar idarə
etmələri üçün ödənişsiz təlimlər keçirəcəyini elan etdi. Bu təlimlər Birbank Biznes-in
peşəkar komandası tərəfindən veriləcək.
Yarmarka çərçivəsində həm xanım sahibkarların uğurunu bir daha vurğulamaq, həm də
biznesə başlamaq istəyənlərə ilham olmaq üçün müxtəlif mövzularda panel müzakirələri
də baş tutdu. Tədbirin ilk günü COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının
üzvü Ayan Nəcəfin moderatorluğu ilə keçirilən panel “Gücümüzü birləşdirək:
Tərəfdaşlıqdan uğura” mövzusuna həsr olundu. Sessiyada dövlət qurumları və özəl sektor
arasında əməkdaşlıq imkanları, qadın sahibkarlığının inkişafında bu tərəfdaşlıqların rolu
müzakirə edildi. Paneldə Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan Kapitalı və
Təşkilati İnkişaf üzrə Baş İnzibatçı, eyni zamanda “SOS Uşaq Kəndləri – Azərbaycan”
Assosiasiyasının İdarə Heyətinin üzvü Fərqanə Məmmədova, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və “PASHA
Real Estate Group”un Baş Əməliyyat İnzibatçısı Svetlana Əliyeva spiker qismində iştirak
etdilər.
Tədbirin ikinci paneli isə “Uğurun adı: Qadın” mövzusuna həsr olundu. Paneldə təməldən
öz brendini formalaşdıran qadın sahibkarlar təcrübələrini və uğur hekayələrini
paylaşdılar. Bu sessiyanın moderatoru Bir ekosisteminin Məhsul və Marketinq idarəsi
üzrə müşaviri Günel Mavliyarova, spikerləri isə AMFA-nın icraçı direktoru, ASK-nın
vitse-prezidenti, KOBİA İctimai Şurasının üzvü Jalə Hacıyeva, “CozybyMadi” brendinin
təsisçisi Mədinə Quliyeva və “Balli Bisi” şirniyyat evinin qurucusu Esmira Quluzadə
oldu.
Birbank Biznes bu təşəbbüslə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların
bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə
də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes
sistemi haqqında ətraflı məlumat üçün //birbank.business/ saytına keçid edin və ya
896 məlumat mərkəzinə zəng edin.
Son xəbərlər
Daha çox 