Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

2024-cü ilin iki ayında ölkədə yeni nəsil nəzarət-kassa (NKA) aparatları üzrə dövriyyə 3 milyard 908,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verib.
Cari ilin martın 1-nə qədər ölkədə 104 995 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
Azərbaycanda vergi ödəyiciləri 2024-cü il yanvarın 1-nə 95,741 min ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırıb. Keçən ili noyabrında 798 ədədə qarşı dekabrda kassa aparatlarının sayı 923 ədəd olub.
2022-ci ildə kassa aparatlarının dövriyyəsi 19,5 milyard manat təşkil edib ki bu da 2021-ci ilin göstəricisindən 26,6% çoxdur.
Aytac
Son xəbərlər
Daha çox 