ABŞ hökumətinin xərcləri fevralda rekord həddə çatıb

İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) "hiperaktiv kampaniyasına" baxmayaraq, ABŞ hökumətinin xərcləri fevralda rekord həddə - 603 milyard dollara çatıb. Financial Times (FT) bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Eyni zamanda, DOGE bildirib ki, agentlik müqavilələri və icarələri ləğv etmək və ya yenidən müzakirə etmək, aktivləri satmaq, qrantları ləğv etmək, işçilərin ixtisar edilməsi və digər tədbirlərlə 100 milyard dollardan çox qənaət etməyə nail olub.
Musk dəfələrlə iddia edib ki, onun agentliyi hökumətə 1 trilyon dollar qənaət etmək yolundadır. Bununla belə, Xəzinədarlığın məlumatlarına görə, böyük ixtisarlar yalnız “bəzi maddələr üzrə” qeydə alınıb. O cümlədən, Təhsil Nazirliyinin xərcləri 6 milyard dollar azaldılıb.
Aytac