Qızılın qiyməti bahalaşıb

2025-ci ilin martın 13-də bir unsiya üçün 2953 dollar həddini keçib.
Bank ekspertlərinin fikrincə 2025-ci ilin dördüncü rübünə kimi qızılın orta qiymətinin bir unsiya üçün 3000 dolları ötəcəyini gözləyirlər.
2024-cü il ərzində Dövlət Neft Fondu 44,8 ton qızıl alıb. Bunu İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov deyib.
O bildirib ki, hesabat ilində bu qızılın 41 tonu ölkəyə gətirilib.
Zeynalov vurğulayıb ki, qızılın qiyməti 2024-cü il 27,2% artıb.
Azərbaycanda qızıl hasilatı hazırda iki şirkət tərəfindən həyata keçirilir. O cümlədən, 1997-ci il avqustun 21-də Azərbaycan 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. Hazırda Anglo Asian Mining PLC Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.
Bundan əlavə, qızıl hasilatı Azərbaycan prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılmış "AzerGold” QSC tərəfindən həyata keçirilir.
Aytac