ABB-dən gənclər üçün “FaydaMania” ilə qazanc fürsəti!

Bütün müştəri seqmentlərinin universal bankı olan ABB gənc müştəriləri
üçün də qazandıran imkan yaradıb. Bank “FaydaMania” loyallıq proqramını
gənclərin istifadəsinə verib.
ABB mobile tətbiqinin 18-29 yaş aralığında olan istifadəçiləri tətbiqdə
“FaydaMania” funksionallığını aktivləşdirərək lazımi hədəflərə çatıb müxtəlif
mükafatlar qazana bilərlər. Mükafatlara ayrı-ayrı kateqoriyalar üzrə artırılmış
keşbek məbləğləri, promokodlar, kinoya, başqa əyləncəli tədbirlərə biletlər və digər
hədiyyələr daxildir.
Bu imkandan yararlanmaq üçün 3 sadə addım kifayətdir: ABB mobile
tətbiqinin "Sənə özəl" bölməsindən “FaydaMania” funksionallığını aktivləşdirmək;
"Bütün təkliflərin" bölməsinə keçərək hədəflərlə tanış olmaq; lazımi dövriyyə
hədəfinə çatandan sonra qazanılmış mükafatı qəbul etmək. Gənc müştəri eyni anda
aktiv olan bütün hədəflərə çata bilər.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları
Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya
937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə
etmək olar.