Azərbaycan iki ayda 290 milyon dollarlıq avtomobil alıb

2025-ci ilin yanvar-fevralında ölkəyə xaricdən 288,9 milyon dollar dəyərində 16 min 758 ədəd avtomobil idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Belə ki, ötən ilin iki ayı ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 16,7% artıb.
Əvvəlki ildə Azərbaycana 247,6 milyon dollar dəyərində 13 min 299 ədəd avtomobil idxal edilib.
Ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.
Azərbaycan 2023-cü ilin doqquz ayında 2001 ədəd avtomobil ixrac edib.
Doqquz ay ərzində ixrac olunan minik avtomobillərinin sayı 1 942 olub.
Bundan başqa Azərbaycan 45 ədəd yük avtomobili, 14 ədəd xüsusi təyinatlı avtomobil ixrac edib.
Azərbaycanın ixrac etdiyi bütün avtomobillərin ümumi dəyəri 115,6 milyon dollar olub.
İxrac olunan avtomobillərin 536 ədədini Qazaxıstan, 447 ədədini Qırğızıstan, 427 ədədini Rusiya, 329 ədədini Birləşmiş Ərəb Əmirliyi, 124 ədədini Gürcüstan alıb.
Aytac