Azərbaycan düyü idxalını azaldıb

2025-ci ilin iki ayında Azərbaycana 13 min 855 ton düyü idxal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 % azdır. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ini təşkil edib.
2023-cü il iyulun 20-də Hindistan hökuməti basmati olmayan ağ düyü ixracını dərhal dayandıracağını elan edib.
2023cü ildə dünyada düyünün qiyməti iyulda iyun ilə müqayisədə 2,8%, 2022-ci ilin iyulu ilə müqayisədə artım 19,7% artıb və 129,7 bənd təşkil edib. Bu 2011-ci ilin sentyabrından bəri qeyd edilən ən yüksək qiymətdir.
Aytac Zeynalova