• $ 1.7
  • € 1.8431
  • ₽ 1.9726
  • ₺ 0.0463
  • £ 2.2001

İsrail SOCAR-a qaz kəşfiyyatı üçün lisenziya verib

İsrail SOCAR-a qaz kəşfiyyatı üçün lisenziya verib
17.03.2025 16:06

İsrail bazar ertəsi BP, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və yerli NewMed Energy NWMDp.TA şirkətinə İsrailin sularında təbii qaz kəşfiyyatı aparmaq üçün lisenziyalar verib. Bu addım ölkənin daxili qaz ehtiyatlarını artırmaq və ixracı genişləndirmək məqsədi daşıyır.

2023-cü ildə bu üç şirkət dördüncü lisenziya raundu çərçivəsində iki dəniz blokunun işlənməsi üçün birgə təklif təqdim edib. İsrailin Energetika Nazirliyi əlavə lisenziyaların da veriləcəyini və bu ilin sonuna qədər beşinci lisenziya raundunun planlaşdırıldığını bildirib.

Leviafan yatağının yaxınlığında yerləşən və "Klaster I" adlandırılan sahə üçün verilən lisenziyalar çərçivəsində SOCAR kəşfiyyat konsorsiumunun operatoru kimi çıxış edəcək, BP isə ilk dəfə İsrailin təbii qaz sektorunda fəaliyyət göstərəcək. NewMed artıq Leviafan yatağında ən böyük pay sahibi,  yatağın istismarı üzrə  operator Chevron CVX.N şirkətidir.

Şirkətlərin hər biri lisenziyaya əsasən təxminən üçdə bir paya sahib olacaq.

"Klaster I" İsrailin su akvatoriyasının şimal hissəsində, Aralıq dənizində yerləşən 1,700 kvadrat kilometr ərazini əhatə edir. Konsorsium ilk mərhələdə seysmik və geoloji tədqiqatlar aparmağı, ikinci mərhələdə isə bu araşdırmaların nəticələrinə əsasən qazma işlərinə başlamağı planlaşdırır.

"Təbii qaz iqtisadi və diplomatik mövqeyimizi gücləndirən  Yaxın Şərqdə strateji aktivimizdir. Məhz buna görə biz daxili bazar və ixrac üçün təbii qaz hasilatını genişləndirməyə çalışırıq " – İsrailin energetika naziri Eli Kohen bildirib.

Misir, İsrail, Kipr və Livan arasında yerləşən qazla zəngin dəniz hövzəsi son illərdə dünyanın aparıcı enerji şirkətlərinin diqqətini cəlb edib. Xüsusilə də, Avropanın Rusiya qazına alternativ axtarışları, Ukraynaya müdaxilədən sonra sürətlənib.

İsrail özünü regional enerji mərkəzi kimi göstərir və Avropaya təbii qaz tədarükünü genişləndirmək öhdəliyini götürüb.

Neft və qaz resurslarının axtarışı yüksək riskli, lakin böyük qazanc potensialına malik  sahədir. Bu prosesə seysmik tədqiqatlar və quyuların qazılması daxildir ki, bu da bir neçə il çəkə bilər.

Nazirlik bu ay İsrailin Misir və İordaniyaya təbii qaz ixracının 2024-cü illə müqayisədə 13.4% artdığını bildirib.


N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə neft ixracı artıb
İqtisadiyyat 17:14
BTC ilə neft ixracı artıb
İsrail SOCAR-a qaz kəşfiyyatı üçün lisenziya verib
İqtisadiyyat 16:06
İsrail SOCAR-a qaz kəşfiyyatı üçün lisenziya verib
Azərbaycanda aqrar sektor böyüyüb
İqtisadiyyat 15:46
Azərbaycanda aqrar sektor böyüyüb

Xaricə pul köçürmələri Yelo App ilə daha rahat!
İqtisadiyyat 14:16
Xaricə pul köçürmələri Yelo App ilə daha rahat!
Azərbaycan düyü idxalını azaldıb
İqtisadiyyat 13:32
Azərbaycan düyü idxalını azaldıb
Nazir İsrailin prezidenti ilə görüşüb
İqtisadiyyat 12:45
Nazir İsrailin prezidenti ilə görüşüb
Azərbaycan iki ayda 290 milyon dollarlıq avtomobil alıb
İqtisadiyyat 12:25
Azərbaycan iki ayda 290 milyon dollarlıq avtomobil alıb
İki ayda buğda idxalı nə qədər olub? - Rəsmi
İqtisadiyyat 11:49
İki ayda buğda idxalı nə qədər olub? - Rəsmi
Cari ilin fevralı üçün ərzaq qiymətləri indeksi açıqlanıb
İqtisadiyyat 11:38
Cari ilin fevralı üçün ərzaq qiymətləri indeksi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol