Qızılın qiyməti bahalaşıb

Qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 3 050 ABŞ dollarına yaxınlaşır. Bu barədə Nyu-Yorkun COMEX əmtəə birjasında qeyd olunub.
COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,32% azalaraq 34,71 ABŞ dollarına bərabər olub.
Azərbaycanda qızıl hasilatı hazırda iki şirkət tərəfindən həyata keçirilir. O cümlədən, 1997-ci il avqustun 21-də Azərbaycan 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. Hazırda Anglo Asian Mining PLC Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.
Bundan əlavə, qızıl hasilatı Azərbaycan prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılmış "AzerGold” QSC tərəfindən həyata keçirilir.
Aytac
Son xəbərlər
Daha çox 