Türkiyədə lirə ucuzlaşıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi İstanbul meri Əkrəm İmamoğlunun həbsi fonunda türk lirəsi aşağı düşüb. Bu barədə RİA Novosti ticarət məlumatlarına istinadən xəbər verir.
Hazırda bir Amerika dolları 41 türk lirəsinə bərabərdir. Bundan əlavə, İstanbul Birjasının kotirovkaları 7% ucuzlaşıb.
Dolların türk lirəsinin məzənnəsi əvvəlki bağlanış səviyyəsi olan 36,6825 lirədən 10,54% artaraq 1 dollar 40,55 lirə olub.
Baza Telegram kanalının məlumatına görə , Türkiyə hakimiyyəti kütləvi etirazlara hazırlaşır.
Bütün əsas sosial media platformaları bağlanıb və İstanbulda polis qərargahının yaxınlığındakı metro stansiyaları bağlanıb.
Martın 19-da NTV telekanalı Türkiyə polisinin korrupsiyaya qarşı aparılan araşdırmalar çərçivəsində İstanbul meri Ekrem İmamoğlunu saxladığını bildirib.
Aytac