• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

“Equinor” Azərbaycandakı aktivlərinin satışından 713 milyon ABŞ dolları əldə edib

“Equinor” Azərbaycandakı aktivlərinin satışından 713 milyon ABŞ dolları əldə edib
20.03.2025 23:30

Norveçin “Equinor” neft-qaz şirkəti Azərbaycandakı neft-qaz aktivlərindəki səhmlərinin satışından 713 milyon ABŞ dolları əldə edib.

“Report” şirkətin hesabatına istinadən xəbər verir ki, 2024-cü il noyabrın 29-da “Equinor” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın “ONGC Videsh Limited” (ONGC) şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 7,27 % qeyri-operator payının və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini idarə edən “BTC Co” şirkətindəki 8,71 %-lik payının satışı üzrə sövdələşməni başa çatdırıb.

“Sövdələşmənin ümumi məbləği pul ifadəsində 713 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin dördüncü rübündə “E&P International” seqmentində (neft kəşfiyyatı və hasilatı) 84 milyon ABŞ dolları dəyərində zərər qeydə alınıb. Daha əvvəl, 2023-cü ilin dördüncü rübündə isə aktivlərin satış məqsədli olması kimi təsnifləşdirilməsi ilə əlaqədar olaraq şirkət 331 milyon ABŞ dolları dəyərsizləşmə ilə üzləşdiyini etiraf edib”, - hesabatda deyilir.

Xatırladaq ki, ilkin olaraq şirkətin Azərbaycandakı aktivlərinin satışından 745 milyon ABŞ dolları əldə edəcəyi bildirilirdi.

“Azəri”, “Çıraq” və “Günəşli” dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Onun müddəti 2024-cü ildə başa çatıb və 2017-ci ilin sentyabrında 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.

Layihədə tərəflərin payı hazırda aşağıdakı kimidir: “BP plc” - 30,37 %, SOCAR - 31,655 %, MOL - 9,57 %, “ExxonMobil” - 6,79 %, “ONGC Videsh” - 2,925 %, “Inpex Corp.” - 9,31 % və “ITOCHU Oil” - 3,65 %, TPAO - 5,73 %.

“BTC Co” boru kəməri şirkətinin səhmdarları isə bunlardır: “BP plc” (30,1 %), SOCAR (32,96 %), MOL (8,9 %), TPAO (6,53 %), “Eni” və “TotalEnergies” (hər biri 5 %), “Itochu” (3,4 %), “ExxonMobil” və “Inpex” (hər biri 2,5 %), “ONGC1 Videsh” (3,11 %)

Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:53
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
ABB cari ildə 80 milyon xalis mənfəət əldə edib
İqtisadiyyat 11:51
ABB cari ildə 80 milyon xalis mənfəət əldə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol