Brent markalı neft 64 dollardan aşağı düşüb

Londonun ICE birjasında Brent markalı neftin qiyməti 2021-ci ildən bəri ilk dəfə olaraq bir barel üçün 64 dollardan aşağı düşüb. Bu barədə TASS məlumat yayıb.
2025-ci ilin iyun ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,41% azalaraq 63,97 dollar/barelə düşüb.