Brent markalı neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsir edəcəkmi?- Şərh

London Əmtəə Birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə 63,01 ABŞ dolları olub. Brent markalı neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Milli Məclisin deputatı Vüqar Bayramov bildirir ki, neftin dünya bazarında qiyməti Azərbaycan iqtisadiyyatına mənfi təsir edə bilər. Çünki bu halda ölkəyə daxil olan valyutanın həcmi azalacaq.
"Neft uzcuzlaşarsa ölkəyə daha az valyuta daxil olacaq. Qiymət yüksələndə isə valyuta gəlirləri artır. Ümumi ixracımızın 80 faizindən çoxunu neft və neft məhsulları təşkil edir. Amma sözsüz neft dünya bazarında qısa i və uzun müddətli əsaslarla ucuzlaşa bilər. Son qiymət artımları ticarət müharibələrinin dərinləşməsi ilə bağlıdır. Gözlənilir ki, qlobal ticarətdə 330 milyard dollarlıq azalma müəyyən neqativlərə səbəb olacaq. Neftin qiymətinin düşməsi qeyri-neft sektorunun inkişafına zəmin yaradır. Azərbaycanın bu konteksdə təhlükəsizlik yastığı formalaşıb. Amma sözsüz növbəti dövrdə də neftin dünya bazarındakı qiyməti Azərbaycana daxil olan valyutanın həcmində aparıcı olaraq qalacaq",- deputat vurğulayıb.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şabanın fikrincə, Brent markalı neftin aşağı düşməsinin hələlik Azərbaycan üçün təhükəsi yoxdur.
"Neftin qiymətinin düşməsi aprelin 3-dən başlayıb. Artıq brent markalı neft 12 faiz öz dəyərini itirib. 2021-ci ilin aprelində 65 dollardan aşağı səviyyəyə satılırdı. BuTrampın aprelin 2-də elan etdiyi ticarət müharibəsinə bazarın münasibətidir. Ticari əlaqələr zəiflədikdə iqtisadi artım azalır və bu zaman enerjiyə tələbat azalır. Bazarda kifayət qədər neft var. Bundan əlavə 441 min barel gündəlik OPEC+ səviyyəsində hasilatın artırılması gözlənilir. Belə bir şəraitdə neft tacirləri əllərində olan fyuçes müqavilələri üzrə həcmləri çıxarırlar ki, müəyyən vaxt sonra nefti daha ucuz satmasınlar. Azərbaycan üçün birinci rübün yekunları hələ açıqlanmayıb. Mən mətbuata açıqlanan qiymətlər fonunda hesabladım ki,orta qiymət 1 barrel üçün 76 dollar ətrafındadır. Bu baxımdan neftin orta qiyməti 65 dollar olsa belə, ilin birinci yarısı üçün orta qiymət büdcədə nəzərdə tutulan 70 dollardan aşağı olmayacaq Bu baxımdan hər hans həyəcana səbəb yoxdur. Büdcə formalaşdırılarkən həmişə risklər nəzərə alınır. Büdcə müəyyən olunan zaman beş dollar aşağı hesablanır", - Ilham Şaban bildirirb.
İqtisadçı ekspert Akif Nəsirli bildirir ki, neftin ucuzlaşması davamlı olarsa Azərbaycan iqtisadiyyatı tənəzzülə uğrayarcaq.
"Bu prosesin uzun müddət davam etməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir edə bilər. Azərbaycan iqtisadiyyatı çox sadə quruluşa malikdir və birbaşa neftin qiymətindən asılıdır. Yəni neftdən gələn gəlir, dövlət büdcəsinin 70 faizini formalaşdırır. Büdcənin təxminən 13 milyard manatı birbaşa neft fondundan transfer edilir. Maliyyə yastıqları əriməyə başlayacaq. Azərbaycan höküməti 2015-ci ildə baş verən hadisələrdən dərs çıxarmayıb. Neft qaz gəlirləri Azərbaycan iqtisadiyyatını tənbəlləşdirib. Mayda qiymətlər kəskin şəkildə düşəcək. Azərbaycan milli bankının cəmi 11 milyard dollar maliyyə yastığı var. 60 milyard dollar ehtiyyatımızın olduğunu deyirlər. Amma onlar ehtiyyat sayılmır. Strateji ehtiyyat kimi dəyərləndirilə bilər. Onun dəyəri hər an azala və yaxud arta bilər. Dünyanın böhrana doğru irəlilədiyi şübhə doğurmur. Həmin o aktivlər də böhran dövründə kəskin şəkildə uculaşacaq. 60 milyardımız günlərin bir günündə 15 milyarda düşə bilər. Ona güvənmək olmaz",- iqtisatçı bildirib.
“LSEG Oil Research” məlumatlarına görə, 2025-ci ilin birinci rübündə Asiyada gündəlik hasilatı 26,44 milyon barel təşkil edib. Bu da 2024cü ilin göstəricisindən 640 000 barel azdır.
ABŞ prezidenti Donald Tramp idxal rüsumlarının tətbiqini elan etdikdən sonra neftin bir barelinin qiyməti 16,5% ucuzlaşıb.
Aytac Zeynalova