Azərbaycanda orta aylıq əməkhaqqı 10,2% artıb

2025-ci ilin yanvar–fevral ında Azərbaycanda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 044 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Ən yüksək maaş göstəriciləri mədən sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, elmi-texniki fəaliyyət, nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.
Martın 1-nə olan məlumata əsasən, ölkə iqtisadiyyatında muzdla çalışanların sayı 1 milyon 758,8 min nəfər olub. Onlardan 878,5 mini dövlət sektorunda, 880,3 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Ən çox məşğulluq təhsildə (18,7%), ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində (18,6%), sənayedə (13,7%) və səhiyyədə (8,5%) qeydə alınıb.
N.Təbrizli
Son xəbərlər
Daha çox 