Azərbaycanda əsas kapitala yönələn investisiyalar 10,1% azalıb

2025-ci ilin I rübündə Azərbaycanda əsas kapitala yönələn investisiyalar 3 milyard 467,7 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,1% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Neft-qaz sektoruna yatırımlar 24,2%, qeyri-neft sektoruna yatırımlar isə 2,4% azalıb.
Ümumi investisiyaların 52,3%-i (1 milyard 814,6 milyon manat) məhsul istehsalına, 28%-i (970,2 milyon manat) xidmət sahəsinə, 19,7%-i (682,9 milyon manat) isə yaşayış tikintisinə yönəldilib.
Daxili investisiyalar 2 milyard 519 milyon manat və ya ümumi həcmin 72,6%-ni təşkil edib. Tikinti-quraşdırma işlərinə 2 milyard 693,5 milyon manat (77,7%) sərf olunub.
N.Təbrizli
Son xəbərlər
Daha çox 