Mərkəzi Bank: İkili inflyasiya hədəfləri və iqtisadi artım nəzərə alınaraq qərarlar verilir

Azərbaycanda hədəf inflyasiya səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə fərqli yanaşmalar tələb edir. Mətbuat konfransında çıxış edən Bankın rəhbəri Taleh Kazımov vurğulayıb.
“İnkişaf etmiş ölkələrdə isə bu yanaşmadan sonra nəticə etibarilə 10-11 hədəf göstəricisi və analitik indikatorlar formalaşdırılır. Biz isə bu yanaşmanı ölkənin real iqtisadi şərtlərinə uyğunlaşdırmağa çalışırıq,” – Kazımov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank inflyasiya ilə yanaşı, iqtisadi artım, məşğulluq və əhalinin gəlir səviyyəsi kimi fundamental faktorları da qiymətləndirir.
“Inflyasiya səviyyəsini müəyyən edərkən yalnız qiymət artımı deyil, həm də iqtisadi artım və sosial göstəricilər nəzərə alınmalıdır”, - o bildirib.
N.Təbrizli

