• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Bu layihənin I mərhələsinə 470 milyon dollar xərcləndi

Bu layihənin I mərhələsinə 470 milyon dollar xərcləndi
29.05.2020 04:55
Bakı Gəmiqayırma Zavodunun inşasının I mərhələsi 470 milyon dollara başa gəlib. Bu barədə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf "The Business Year" jurnalına müsahibəsində bildirib.Onun sözlərinə görə, 2013-cü ildə AİŞ üçün əlamətdar layihələrdən biri ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), AİŞ və "Keppel Offshore & Marine" şirkətinin birgə müəssisəsi, 2013-cü ilin sentyabrında isə Prezident İlham Əliyev tərəfindən açılan "Bakı Gəmiqayırma Zavodu" MMC oldu:"Zavod ixtisaslaşdırılmış və ticarət gəmilərinin geniş spektrinin, həmçinin platformaların təchizat gəmiləri kimi çoxməqsədli dəniz gəmilərinin, tankerlərin və yük gəmilərinin tikintisi üçün nəzərdə tutulub. Müəssisədə habelə gəmilərin təmiri də həyata keçirilir. "Keppel" zavodun səhmlərinin 10 faizinə sahibdir və müəssisənin istismarı və idarə olunmasına görə tam məsuliyyət daşıyır. ARDNŞ 65 faizlik payla, eləcə də müəssisənin səhmlərinin dörddə birinə sahib olan AİŞ iri sərmayəçilərdir. Zavod tam gücü ilə işləməyə başladıqdan sonra təmir və yenidənqurma üzrə ildə 100-ə qədər iş görməyi bacaracaq".R.Nəcəfin sözlərinə görə, layihənin ikinci mərhələsi üzrə planlara tərsanənin tikintisi, eləcə də şelf layihələri üçün istehsal xəttinin tikintisi daxildir: "Yüksək ixtisaslı insan resursları, dünya təcrübəsi, həmçinin yaxşı strukturlaşdırılmış investisiyalar sayəsində zavod yaxın gələcəkdə gəmi inşaatında dünyada tanınmış qabaqcıl mərkəz olacaq. Müəssisə yalnız Azərbaycanın daxili tələbatını deyil, həmçinin Xəzər hövzəsi ölkələrinin tələbatını təmin edəcək".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İqtisadiyyat 13:15
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
İqtisadiyyat 12:48
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
İqtisadiyyat 10:37
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol