• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Cənubi Qafqazda loqistikanın ən çox ÜDM-də payı olan ölkə Azərbaycandır

Cənubi Qafqazda loqistikanın ən çox ÜDM-də payı olan ölkə Azərbaycandır
02.05.2025 17:29

Azərbaycanda loqistikanın Ümumi Daxil Məhsulda payı təxminən 7-8% arasında dəyişir. Son illər ölkədə iqtisadiyyatın və nəqliyyatın inkişafı əhəmiyyətli dərəcədə artıb


Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri ölkənin əsas loqistika mərkəzləri hesab olunur. 


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyir ki, loqistikanın inkişafı Azərbaycan üçün əsas priotet sahələrdən biridir. 

“Loqistikanın inkişafı Azərbaycan üçün priotet istiqamətlərdən sayılır. Şəbəkə marketlərinin loqistikanın inkişafında rolu böyükdür. Çünki bu cür şəbəkələr daha çox satış həyata keçirir. Bütün bunların fonunda loqistik xidmətlərin inkişafına daha çox töhvə vermək imkanına malikdir. Azərbaycanda pərakəndə ticarət dövrüyəsi illik olaraq 62 milyard manatdan çoxdur. Onun 24,5 milyard manatı plastik kartlar vasitəsilə həyata keçirilir. Əhəmiyyətli hissəsi də təbii ki, şəbəkə marketlərinin payına düşür. Ümumi qiymətləndirmələrə görə təxminən pərakəndə ticarət dövrüyəsinin təxminən 40%-ə yaxını şəbəkə marketlərinin payına düşür. Bu da təxminən 25 milyard manata yaxın dövrüyə deməkdir. Bu dövrüyə imkan verir ki, loqistikanın inkişafı üçün geniş fəaliyyət həyata keçirtmək mümkün olsun. Şəbəkə marketlərinin inkişafına dəstək də nümayiş etdirilir. Xarici ölkələrin təcrübəsi göstərir ki, dövlətin həm subsidiya həm digər formada təşviq vasitəsilə şəbəkə marketlərinin dəstəkləməsi vacibdir. Bu həm məşğulluq baxımından həm də kiçik,orta sahiblarlıq dəstəklənməsi aspektindən vacibdir”, - deputat bildirib. 


Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov hesab edir ki, artıq Azərbaycan loqistika prosesində bir çox problemləri artıq həll edib. 


“Loqistikada daşınma, anbarlaşma məsələləri ilə bağlı beynəxalq standartlar mövcuddur. Bu standartlar çərçivəsində məhsul istehsal edəndən son mənzilə qədər  istehlaçkıya qədər olan proseslər zənciri nəzarət altında olmalı olur. Daxili və xarici loqistika olur. Ölkədaxili loqistikada Azərbaycanda bir çox problemlərin illər keçdikcə həll edilməsinə nail olmuşuq. Məsələn məhsulların daşınmasında yaranan problemlər: sənədləşdirmə,lisenziya məsələləri, daxil olan məhsulların temperaturuna nəzarət beynəlxalq standartların tələblərinə cavab verməyə çalışırlar. İnfrastruktur məsələsi inkişaf etdikcə təkmilləşir. Hətta Qarabağda ilk infrastruktur yol,anbarlar bu kimi məsələlər ön plana çıxarılır», - ekspert deyir.


İbrahimov söyləyir ki, loqistikikanın inkişafında şəbəkə marketlərinin rolu böyükdür.  

“Xarici şəbəkələr  Azərbaycana gəldikdə öz standartların da gətiriblər. Xarici brendlərin müəyyən qaydalara cavab verməsi lazımdır. Saxlanma, daşınma, temperatur şərtləri, təhvil-təslim parametrləri var. Böyük şirkətlərin öz marketləri mövcuddur. Bu sahə həmişə riskli sahələrdən biridir və davamlı monitorinq tələb edir”, - 0 əlavə edib. 

İqtisadi məsələlər üzrə ekspert Elman Sadıqlı vurğulayır ki, super  marketlərdən gözləntilər çox olsa da bu tam olaraq reallaşmayıb. 

“Əvvəllər super marketlərlə bağlı gözləntilər daha çox idi. Kənd təsərrüfatı məhsullarının satışında ənənəvi bazarların əvəzləyicisi ilə bağlı gözləntilər idi. Bu gözləntilərin bir çoxu səhv idi. Dünyanın inkişaf etmiş ölkələrində belə ənənəvi bazarlar var. Bu bazarlar olmadan kənd təsərrüfatı məhsullarının dövrüyəsi çox çətinləşər,çünki ən önəmli distributur mərkəz bazarlardır. Bunları əvəz etmək hələlik mümkün deyil. Supermarketlər loqistikanın inkişafında müəyyən qədər rol oynayır. Supermarketlər bu rolu artırmaq istəyirlərsə özləri reaktiv deyil proaktiv olmalıdırlar. Onlar gözləməməlidirlər ki, onlara məhsullar gəlsin.Özləri daha çox gedib məhsulları tapmaqda, fermerlərlə sıx əməkdaşlıq etməkdə və loqistikanın inkişafında maraqlı olmalıdırlar”, - ekspert qeyd edib. 

2024-cü ildə KOBİA-nın biznes biliklərinin və bacarıqlarının artırılması üzrə dəstək və xidmətlərindən 13 mindən çox sahibkar, startap və biznesə başlamaq istəyən şəxs faydalanıb.

Ötən il ərzində KOBİA, təxminən 5,000-dən çox kiçik və orta biznes sahibinə birbaşa dəstək göstərib. Bu dəstək, maliyyə köməyi, təlimlər, məsləhət xidmətləri, yeni bazarlara çıxış və digər müxtəlif sahələri əhatə edir. Həmçinin, KOBİA-nın təşkil etdiyi tədbirlərə, təlimlərə və tədbirlərə qatılan sahibkar sayının ildə 10,000-ə yaxın olduğu ehtimal edilir.

Son statistikalara görə, dünyada loqistikanın ÜDM-də payı 10-15% təşkil edir. 


Hazırda dünyada ABŞ, Almaniya, Çin və bir sıra inkişaf etmiş ölkələr loqistikanın inkişşafında əhəmiyyətli dərəcədə paya sahibdirlər. 

Cənubi Qafqaz ölkələri (Azərbaycan,Gürcüstan,Ermənistan) arasında loqistikanın ÜDM-də payı ən çox olan ölkə Azərbaycandır. Bu təxminən 7-8% arasındadır. 


Gürcüstanda logistikanın ÜDM-dəki payı təxminən 5-7%, Ermənistanda isə 4-5% civarındadır. 


Cənubi Qafqaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu və digər layihələrin reallaşması loqistikanın inkişafının sürətlə artırılmasına hesablanıb. 
 

Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının,və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və Kiçik Biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti ucuzlaşıb
SOCAR İtaliyada dəyəri $3 mlrd olan zavod alır
İqtisadiyyat 18:22
SOCAR İtaliyada dəyəri $3 mlrd olan zavod alır
Azad edilmiş ərazilərdə daha 6 kiçik SES tikiləcə
İqtisadiyyat 16:49
Azad edilmiş ərazilərdə daha 6 kiçik SES tikiləcə
Azad olunmuş ərazilərdə tikilən elektrik enerjisi qurğularının sayı açıqlanıb
İqtisadiyyat 16:20
Azad olunmuş ərazilərdə tikilən elektrik enerjisi qurğularının sayı açıqlanıb
Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi
İqtisadiyyat 15:48
Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi
ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat
kitabı təqdim edildi
İqtisadiyyat 15:37
ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat kitabı təqdim edildi
Dünya Bankı ilə maliyyə sahəsində aparılan islahatlar müzakirə edilib
İqtisadiyyat 15:18
Dünya Bankı ilə maliyyə sahəsində aparılan islahatlar müzakirə edilib
Dörd ayda Bakıda 10.8 milyard manatlıq məhsul satılıb
İqtisadiyyat 11:40
Dörd ayda Bakıda 10.8 milyard manatlıq məhsul satılıb
2030-cu ilə qədər 92 milyon iş yeri bağlanacaq
İqtisadiyyat 10:50
2030-cu ilə qədər 92 milyon iş yeri bağlanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol