2028-ci ilədək Azərbaycanda bərpa olunan enerjinin payı 30%-i ötəcək

2028-ci ilədək Azərbaycanda bərpa olunan enerjinin payı 30%-i ötəcək. Bunu energetika nazirinin müavini Elnur Soltanov deyib.
2028-ci ilədək Azərbaycanda bərpa olunan enerji mənbələrinin payı 30%-i ötəcək. Bu sahədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi xüsusi rol oynayır" ,- Sotanov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: “yaşıl artım” və əlaqəliliyin formalaşan qapısı” adlı panel müzakirəsində deyib.
Elnur Soltanov vurğulayıb ki, enerji səmərəliliyi sahəsi Azərbaycanda yeni və strateji əhəmiyyətli istiqamət kimi ön plana çıxır. Bu sahədə binaların və məişət avadanlıqlarının sertifikatlaşdırılması ilə bağlı 12-yə yaxın normativ sənəd hazırlanır.
Aytac
Son xəbərlər
Daha çox 