4 ayda 33 mindən çox avtomobil idxal edilib

2025-ci ilin dörd ayında Azərbaycana ümumilikdə 616 milyon 137 min dollar dəyərində 33 767 ədəd avtomobil idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Ötən ilin yanvar-apreli ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 21.3% və ya 5 929 ədəd, dəyəri isə 22.6% və ya 113.5 milyon dollar artıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 502 milyon 620 min dollar dəyərində 27 838 ədəd avtomobil idxal edilib.
Hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 39.8% və ya 403 ədəd avtomobil azalaraq 609 ədəd təşkil edib.
Son xəbərlər
Daha çox 