Dünya birjalarında neftin qiyməti İsrail-İran gərginliyi fonunda artıb

Londonun ICE birjasında “Brent” markalı neftin fyuçerslərinin qiyməti 1,65% artaraq bir barel üçün 66,46 ABŞ dollarına yüksəlib. Bahalaşma CNN-in ABŞ kəşfiyyatına istinadən yaydığı xəbərlə əlaqələndirilir. Xəbərdə İsrailin İranın nüvə obyektlərinə mümkün hücuma hazırlaşdığı bildirilir.
“Brent” 66 dollar həddini keçib, ABŞ xam nefti isə 3,5%-ə qədər bahalaşdıqdan sonra bir qədər geriləyib.
Keçən həftədən bəri neft qiymətləri İran-ABŞ nüvə danışıqları ilə bağlı qeyri-müəyyənlik fonunda dalğalanır.
Danışıqlar nəticə verərsə, İrandan əlavə neftin bazara daxil olması ilin sonuna təklif bolluğuna səbəb ola bilər. Lakin İsrailin hücumu danışıqları pozaraq Yaxın Şərqdə gərginliyi artıra bilər.
Westpac Bank-ın əmtəə tədqiqatları rəhbəri Robert Rennie bildirib.
“Bu xəbər ABŞ-İran danışıqlarının nə qədər riskli olduğunu və İsrailin İranın nüvə potensialına qarşı nə qədər uzağa gedə biləcəyini göstərir. Bu gərginlik nəticə əldə olunmadıqca bazarda risk mükafatı saxlanacaq”, - o əlavə edib.
N.Təbrizli