Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası

Birbank Visa taksit və debet kart sahibləri üçün “Bir dünya fürsət” adlı kampaniyaya
start verilir. Kampaniya çərçivəsində müştərilər həm xarici onlayn platformalarda, həm
də xarici ölkələrdə edilən ödənişlərə görə 10 000 manatadək pul mükafatı qazana
bilərlər.
19 may - 30 iyun 2025-ci il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Visa
kartları ilə xarici saytlarda və tətbiqlərdə ən çox pul xərcləyən ilk 5000 müştəri, eləcə də
xaricdə POS-terminal vasitəsilə ən çox pul xərcləyən ilk 500 müştəri kampaniyanın
qalibləri sırasına düşəcək. Qeyd edək ki, hər iki istiqamət üzrə (xarici onlayn
platformalar və xarici ölkədə ödənişlər) ayrı-ayrılıqda kampaniyanın üçüncüsünü 2000,
ikincisini 3000, qalibini isə 10 000 AZN pul mükafatı gözləyir. Digər sıralarda olan
minlərlə müştəri isə müxtəlif pul mükafatları qazanacaq.
İştirakçılar xüsusi hazırlanmış səhifəyə daxil olaraq FİN və doğum tarixi məlumatlarını
yazmaqla sıralamadakı yerlərini, xərclədikləri məbləği və əməliyyatların sayını izləyə
bilərlər. Qeyd edək ki, seçim onlayn və POS ödənişlər üzrə ayrı-ayrılıqda aparılacaq.
Kampaniyadakı cari nəticələr və kampaniya haqqında ətraflı məlumat üçün: //b-
b.az/bdfp
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank, 3 milyondan
çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filialı və 54 şöbəsindən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci
ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və
Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini
davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial
şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.