Azad olunmuş ərazilərdə tikilən elektrik enerjisi qurğularının sayı açıqlanıb

Azad olunmuş ərazilərdə 1 000 kilometrədək 330-110 kV-luq dövrəli elektrik verilişi xətləri çəkilib.
Bunu bu gün Xankəndi şəhərində keçirilən “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında "Azərenerji" ASC-nin rəhbərinin müşaviri Vüqar Əliyev bildirib.
Onun sözlərinə görə, qeyd olunan ərazilərdə 1 330 kV-luq və 12 110 kV-luq yarımstansiya tikilib.
Vüqar Əliyev onu da vurğulayıb ki, tikilən yarımstansiyalar sırasında 110 kV-luq "Xankəndi-1" yarımstansiyası da yer alıb.
Son xəbərlər
Daha çox 