Azərbaycan bp-nin uzunmüddətli enerji strategiyasında əsas rola malikdir - bp

Mövcud tərəfdaşlıqlar və infrastruktur üzərində quraraq, yeni texnologiyalar və sıfır emissiya hədəflərinə uyğun sərmayələr cəlb etmək bp-nin əsas prioritetlərindəndir. Bunu Bakı Energy Forumunda çıxışı zamanı bp Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.
O əlavə edib ki, bp-nin bu yaxınlarda Qarabağ və Əşrəfi-Dan Ulduzu-Aypara bloklarında əldə etdiyi yeni paylar şirkətin Azərbaycana uzunmüddətli öhdəliyinin göstəricisidir. Counz həmçinin qeyd edib ki, yeni təsdiqlənmiş Şahdəniz Kompressiya (ŞDK) layihəsi kimi əlavə qaz ehtiyatlarının inkişafı Azərbaycanın qlobal enerji bazarına əsas təchizatçı kimi mövqeyini gələcək onilliklər üçün möhkəmləndirəcək.
N.Təbrizli
Son xəbərlər
Daha çox 