• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!

Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
13.06.2025 10:47

 

Ölkənin ilk rəqəmsal bankı Birbank, innovasiya və sürət lideri “Bakcell”-lə əməkdaşlıq çərçivəsində ölkədə bir ilkə imza atır.  Belə ki, müştərilər “Bakcell”-in yalnız “Birinci” tarifinə aid boş SIM kartlarını əldə edərək, zərfin içərisində təqdim olunan QR kod vasitəsilə nömrəni onlayn formada, heç bir sənəd təqdim etmədən aktivləşdirə və unikal imkanlardan faydalanmaq şansı qaznırlar.  

Cəmi 6.90 AZN-dən başlayan məbləğlə “Birinci” tarifinə qoşularaq sərfəli rabitə xidməti əldə etmək mümkündür. Eyni zamanda “Birinci” tarifinə qoşulan istifadəçilər üçün xüsusi üstünlüklər də təqdim olunur: 

  • Birbank tətbiqindən istifadə üçün internet paketi bitdikdən sonra pulsuz internet;
  • Kommunal, TV, internet, mobil və stasionar telefon ödənişlərinə əlavə 1% keşbek;
  • Birbank tətbiqində QR ödənişlərinə əlavə 0.5% keşbek; 
  • Trendyol-da 2 ədəd 10% dəyərində endirim kuponu;
  • Umico Premium xidmətinə pulsuz abunəlik;
  • Tarif parametrlərini fərdi ehtiyaclara uyğun tənzimləmə imkanı. 

Qeyd edək ki, SIM kartları Kapital Bank/Birbank-ın “28 Mall”, “Gənclik Mall”, “Sahil”, “Binəqədi”, “8-ci mikrorayon”, “Yasamal” və “Sumqayıt” filiallarından, eyni zamanda Bravo supermarketlər şəbəkəsinin “Gənclik Mall”, “Koroğlu”, “20 Yanvar” və “Əhmədli” filiallarından əldə etmək mümkündür. Kartlar sözügedən filiallarda quraşdırılmış xüsusi stendlər vasitəsilə təqdim olunur. İstifadəçilər stend və ya SIM paketinin içərisindəki QR kodu Birbank tətbiqi ilə skan edərək nömrəni tam rəqəmsal və sürətli şəkildə aktivləşdirə, daha sonra “Birinci” tarif paketindən faydalana bilərlər. 

Ətraflı məlumat üçün: //b-b.az/btpr

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 10:40
Azərbaycan nefti cüzi bahalaşıb
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
İqtisadiyyat 22:58
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
Yeni qaydadan sonra işçilər ayda 2 dəfə maaş ala biləcək
İqtisadiyyat 17:16
Yeni qaydadan sonra işçilər ayda 2 dəfə maaş ala biləcək
Əhalinin banklardakı əmanətlərinin həcmi artıb
İqtisadiyyat 15:36
Əhalinin banklardakı əmanətlərinin həcmi artıb
11 ayda dəmir yolu ilə yük daşımaların həcmi artıb
İqtisadiyyat 15:35
11 ayda dəmir yolu ilə yük daşımaların həcmi artıb
Gürcüstan Cənubi Qafqazda neytral dialoq platforması təklif edir
İqtisadiyyat 15:14
Gürcüstan Cənubi Qafqazda neytral dialoq platforması təklif edir
Azərbaycanda işsizlik göstəriricləri - hər iki nəfərdən biri qadındır
İqtisadiyyat 14:54
Azərbaycanda işsizlik göstəriricləri - hər iki nəfərdən biri qadındır
Adambaşına düşən aylıq ticarət xərcləri artıb
İqtisadiyyat 14:34
Adambaşına düşən aylıq ticarət xərcləri artıb
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
İqtisadiyyat 14:24
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol