Qızılın qiyməti bahalaşıb

Qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,36% dolları artaraq 3 299,5 ABŞ dollarına bərabər olub. Bu barədə Nyu-Yorkun COMEX əmtəə birjasında qeyd olunub.
COMEX-də gümüşün bir unsiyası üzrə siyul fyuçerslərinin qiyməti də 0,02% artaraq 36,045 ABŞ dolları olub.
2025-ci ilin yanvar-mayında “AzerGold” QSC 3698 unsiya qızıl, 8827 unsiya gümüşün yerli bazarda topdan və pərakəndə satışı həyata keçirib. Bu da ötən illə müqayisədə qızılın satışında 71% artım deməkdir.
Cari ilin ilk 5 ayında qiymətli məhsulların daxili bazar satışlarından 20.2 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daxili satış gəlirlərində 238% artım deməkdir.
Ümumilikdə, QSC-nin fəaliyyət dövrü ərzində daxili bazarda 22 453 unsiya qızıl, 135 003 unsiya gümüş məhsul satılaraq, 95.4 milyon manat gəlir əldə olunub.
"AzerGold” QSC Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. AzerGold Azərbaycanda qızıl və gümüş hasilatı ilə məşğul olan iki şirkətdən biridir.
Hazırda "AzerGold” Çovdar qızıl yatağının işlənməsinin oksid (qrunt) fazası çərçivəsində Ağyoxuş yatağından onun işlənməsinin birinci mərhələsi çərçivəsində (2020-ci ilin noyabr ayından) qızılın çıxarılması və ixracı ilə məşğuldur.
Prezident İlham Əliyevin 2020-ci il avqust tarixli fərmanı ilə Azərbaycanda dəmir filizi yataqlarının tədqiqi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə edilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, materialların yenilənməsi və səmərəli istifadəsi "AzerGold”a həvalə edilib.