MOL Rus neftindən imtina yollarını nəzərdən keçirir, Azərbaycanla əməkdaşlıq davam edir

Macarıstanın enerji şirkəti MOL Rusiya neftindən asılılığı azaltmaq üçün Ukraynanın Odessa limanından Brodıya qədər olan boru xəttinin bərpasını əsas alternativ kimi nəzərdən keçirir. Bu barədə MOL-un təchizat zəncirinin idarə olunması üzrə baş vitse-prezidenti Şabolç Pal Sabo Bloomberg-ə bildirib.
Onun sözlərinə görə, bu marşrutla müxtəlif növ dəniz nefti Ukraynaya daxil olaraq “Drujba” kəmərinin cənub qoluna qoşula bilər və Avropa üçün alternativ mənbələrə çıxış imkanı yaradacaq.
MOL uzun illərdir Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq edir.
Macarıstan şirkəti “Azeri Light” neftini əsas etibarilə Xəzər dənizindən, Ceyhan limanı vasitəsilə idxal edir və bu, diversifikasiya strategiyasının vacib hissəsidir.
Avropa İttifaqı 2027-ci ilə qədər Macarıstan və Slovakiyanı da Rusiya neftindən tamamilə ayırmağı planlaşdırır.
N.Təbrizli
Son xəbərlər
Daha çox 