• $ 1.7
  • € 1.9753
  • ₽ 0.021795
  • ₺ 0.0422
  • £ 2.2774

Ölkədə elektrik enerjisi ixracı artıb

Ölkədə elektrik enerjisi ixracı artıb
15.07.2025 12:46

2025-i ilin altı ayında  Azərbaycanda elektrik enerjisinin ixracı 709,9 milyon kVt/saat təşkil edib.Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Bu barədə Energetika Nazirliyinin 6 ay üzrə açıqladığı statistikada qeyd olunub.

6 ayda ölkədə elektrik enerjisinin idxalı 81,1 milyon kVt/saat olub. Bu da bir il öncəki göstərici ilə müqayisədə 15,3 milyon kVt/saat və ya 15,9 % azdır.

Hesabat dövründə Azərbaycanda elektrik enerjisinin istehsalı 291,5 milyon kVt/saat, yəni 2,2 % artaraq 13 milyard 849,3 milyon kVt/saat olub.

2025-cü ilin iki ayında  Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 864,8 milyon kVt/saat, ixracı 301,5 milyon kVt/saat, idxalı isə 19,5 milyon kVt/saat olub. 

Bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 510,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

2023-cü ildə Azərbaycanda 29 276,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2022-ci ilə nisbətən 272,3 milyon kVt/saat çoxdur. 
 
2022-ci ilin yekunlarına görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2021-ci illə müqayisədə 4% artaraq 28,988 milyard kilovat-saata çatıb.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
ADA xaricdə təhsil proqramının davamıdır - Hafiz Paşayev
İqtisadiyyat 16:00
ADA xaricdə təhsil proqramının davamıdır - Hafiz Paşayev
Ermənistan Zəngəzur dəhlizinin idarəsini ABŞ şirkətinə həvalə edir
İqtisadiyyat 15:27
Ermənistan Zəngəzur dəhlizinin idarəsini ABŞ şirkətinə həvalə edir
Gürcüstanda uranı $3 milyon satmaq istəyən iki nəfər saxlanılıb
İqtisadiyyat 14:48
Gürcüstanda uranı $3 milyon satmaq istəyən iki nəfər saxlanılıb
Səhiyyə Nazirliyi Pfizer nümayəndələri ilə görüşü
İqtisadiyyat 14:27
Səhiyyə Nazirliyi Pfizer nümayəndələri ilə görüşü
Ağıllı qaz şəbəkəsi üzrə 480 milyon dollarlıq saziş imzalanıb
İqtisadiyyat 13:29
Ağıllı qaz şəbəkəsi üzrə 480 milyon dollarlıq saziş imzalanıb
Azərbaycan çay ixracını azaldıb - Statistika
İqtisadiyyat 12:50
Azərbaycan çay ixracını azaldıb - Statistika
Əmtəə bazarlarında qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 12:31
Əmtəə bazarlarında qızılın qiyməti ucuzlaşıb

Yelo Bank-dan sahibkarlar üçün sərfəli tarif paketləri
İqtisadiyyat 12:17
Yelo Bank-dan sahibkarlar üçün sərfəli tarif paketləri
İlin birinci yarısındaəczaçılıq məhsullarının idxalı 259 milyon dolları ötüb
İqtisadiyyat 10:49
İlin birinci yarısındaəczaçılıq məhsullarının idxalı 259 milyon dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol