Azərbaycan çay ixracını azaldıb - Statistika

Azərbaycan 2025-ci ilin ilk altı ayı ərzində 344.61 ton çay ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.5% azalma deməkdir. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə çay ixracından əldə olunan gəlir 3.12 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 3.19 milyon dollar idi – cüzi fərq olsa da, 0.2%-lik ümumi ixrac payı qorunub saxlanılıb.
Çay ixracı ümumi yeyinti məhsulları ixracında dəyər baxımından 0.18%-dən 0.20%-ə qədər artım göstərsə də, fiziki həcmdə azalma müşahidə olunub.
Əsas ixrac bazarları arasında Gürcüstan, Rusiya və Yaxın Şərq ölkələri yer alır.
Aytac