Səhiyyə Nazirliyi Pfizer nümayəndələri ilə görüşü

Səhiyyə naziri Teymur Musayev Pfizer şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitri Kozenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir pandemiya dövründə Azərbaycanda Pfizer-BioNTech də daxil olmaqla dörd müxtəlif şirkətin vaksinlərindən istifadə edildiyini xatırladıb və Pfizer peyvəndinin ÜST tərəfindən təcili istifadə üçün təsdiqləndiyini qeyd edib. Tərəflər gələcək əməkdaşlıq və yeni vaksinlərin tətbiqi imkanlarını müzakirə ediblər.
Pfizer nümayəndəsi Azərbaycanın COVID-19-la mübarizədə sərbəst və effektiv yanaşmasını vurğulayıb.
N.Təbrizli