Altı ayda 78 uyğunluq qiymətləndirmə qurumu akkreditasiya edilib

Azərbaycan Akkreditasiya Mərkəzi 2025-ci ilin yanvar-may aylarında uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən 78 qurumu akkreditasiya edib. Bu barədə məlumatı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin mətbuat xidməti yayıb.
Rəsmi statistikaya əsasən, akkreditasiya olunan qurumlardan:
34-ü sınaq laboratoriyası,
28-i inspeksiya xidməti göstərən qurum,
7-si kalibrləmə laboratoriyası,
4-ü məhsul və xidmətlərin sertifikatlaşdırılması üzrə təşkilat,
3-ü idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə,
2-si isə işçi heyətinin sertifikatlaşdırılması sahəsində fəaliyyət göstərir.
Agentlik bildirib ki, akkreditasiya prosesi sınaq, ölçmə və kalibrləmə xidmətlərinin etibarlılığını təmin etməklə, istehlakçılara keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərə çıxış imkanı yaradır.
Aytac