Azərbaycanın qaymaq və xama istehsalı yarım ildə 2,8% azalıb

Azərbaycanda 2025-ci ilin yanvar-iyun aylarında qaymaq və xama istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azalaraq 4 979,6 ton təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin statistikasında qeyd olunub.
Hesabat dövründə pendir və kəsmik istehsalı da azalıb – göstərici 3,7% geriləmə ilə 26 229,9 tona düşüb.
İyulun 1-nə olan vəziyyətə görə, ölkədə 0,2 ton qaymaq və xama, 77,6 ton isə pendir və kəsmik ehtiyatı qeydə alınıb.
Yanvar-iyun aylarında ümumilikdə Azərbaycanda 2,63 milyard manatlıq qida məhsulları istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir.
Aytac