Dövlət büdcəsinin gəlirləri artıb - Rəsmi

Azərbaycan 2025-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsi gəlirlərini 19 milyard 803,9 milyon manat səviyyəsində icra edib. Bu, təsdiqlənmiş proqnozdan 704,8 milyon manat (3,7%) və ya ötən ilin eyni dövrü ilə müqayisədə 961,1 milyon manat (5,1%) çoxdur. Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Gəlirlər cari ilin dövlət büdcəsi üzrə illik proqnozun 51,6%-ni təşkil edib.
Dövlət Neft Fondundan transfert nəzərə alınmadan büdcə gəlirləri 12 milyard 563,4 milyon manat olub ki, bu da proqnozdan 5,9% və ya 111,1 milyon manat (0,9%) çox icra edilib.
Gülnar