Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 20 faiz artıb

2025-ci ilin beş ayında Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin həcmi 330 milyon dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur. Bunu Aərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Bayramovun sözlərinə görə, Azərbaycan bugünədək Gürcüstana 3.6 milyard dollar dəyərində investisiyalar yatırıb.
"Cari ilin sonunadək bu müsbət tendensiyanın davam etdirilməsi gözlənilir",- nazir bildirib.
Aytac