Azərbaycanın qarğıdalı idxalı azalıb

Bu ilin ilk yarısında Azərbaycan 36 853 ton qarğıdalı idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38 % azdır.
Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, idxalın ümumi dəyəri 13,94 milyon ABŞ dolları təşkil edib. Bu göstərici də illik müqayisədə 25 % azalma deməkdir.
Qarğıdalı idxalına çəkilən xərclər Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib