• $
  • €
  • ₽
  • ₺
  • £

2014-cü ildə Azərbaycanda yeni kreditlər olacaq

2014-cü ildə Azərbaycanda yeni kreditlər olacaq
28.05.2020 22:03
Faiz dərəcələrinin azalmasının stimullaşdırılması məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) şaxələnməni dəstəkləyən və qabaqcıl standartlara uyğun yeni kreditləşmə alətlərinin inkişaf etdirilməsini nəzərdə tutur. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir. Bəyanatda deyilir ki, faiz dərəcələrində azalmanın davam etməsi üçün maliyyə resurslarının maya dəyərinə təsir göstərən amillər üzrə zəruri tədbirlər görüləcək: "Bank sistemində rəqabətin təşviqinin davam etdirilməsi, banklarda əməliyyat idarəetməsinin səmərəliliyinin yüksəldilməsi, maliyyə bazarlarının digər seqmentlərinin inkişafı, əhalinin və iqtisadi subyektlərin bank sekoruna yönələn resurslarının həcminin artırılması istiqamətində tədbirlər davam etdiriləcək". AMB-nin bəyanatına əsasən, bütün bu tədbirlər bank sektorunda resurs bazasının genişlənməsinə və onların effektiv istifadəsi əsasında kredit faizlərinin azalması üçün iqtisadi və maliyyə şəraitinin gücləndirilməsinə yönəlib: "Bundan başqa, faiz dərəcələrinin azaldılması və izafi likvid resursların banklar arasında yenidən paylanması məqsədilə banklararası bazar infrastrukturunun təkmilləşdirilməsi üçün yeni mexanizm formalaşdırılacaq". Növbəti ildə də regionların maliyyə resurslarına çıxış imkanlarını artırmaq üçün maliyyə institutlarının regional şəbəkəsinin, o cümlədən qeyri-bank kredit institutlarının və mikromaliyyələşmə təşkilatlarının fəaliyyətinin genişləndirilməsi təşviq olunacaq. Qeyd edək ki, 2013-cü ilin yanvar-noyabr aylarında ölkə banklarının aktivləri 22 faiz, sektorun kredit portfeli isə 25 faiz artıb. Regionlara ayrılmış kreditlərin həcmi 31 faiz artıb. Hesabat dövründə özəl sektorun kreditləşməsi 25 faiz çoxalıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol