Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,13 ABŞ dolları və ya 2,97% artaraq 73,64 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 73,56 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir bareli 2,07 dollar və ya 2,94% bahalaşaraq 72,32 dollar səviyyəsində qeydə alınıb.
Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.
Məlumata görə, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
Azərbaycan nefti əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil olunur. Layihədə Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın payı 31,65%-dir.