Azərbaycanın dövlət borcu ÜDM-in 19,6 faizini təşkil edib

2025-ci il iyulun 1-nə olan məlumata əsasən, Azərbaycan Respublikasının ümumi dövlət borcu 25,7 milyard manat təşkil edib ki, bu da proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,6 faizi səviyyəsindədir. Bu barədə Maliyyə Nazirliyinin yaydığı statistik hesabatda bildirilir.
Ümumi borcun 8,52 milyard manatı (5,01 milyard ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17,18 milyard manatı isə və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.
Nazirlik tərəfindən faiz riski ilə bağlı müəyyən edilən yuxarı həddin — dəyişkən faizli öhdəliklərin ümumi borc portfelində 50 faizi keçməməsi tələbinə əməl olunub. 2025-ci ilin ilk yarısında bu göstərici 16,4 faiz səviyyəsində olub.
Bundan əlavə, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 6,0 faiz təşkil edib ki, bu da borc strategiyasında nəzərdə tutulan 10 faiz həddindən aşağıdır.
Gülnar