Vergi daxilolmaları 7 ayda 10,6 milyard manatı ötüb

Bu ilin yanvar–iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 558,4 milyon manat vəsait daxil olub. Bu barədə qurumun məlumatında deyilir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% çoxdur. Həmçinin, vergi daxilolmaları proqnozu 6% üstələyib.
Daxilolmaların 7 milyard 588 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb ki, bu da illik müqayisədə 9,3%, proqnozla müqayisədə isə 3,4% artıqdır.
Dövlət Vergi Xidmətinin 2025-ci il üzrə büdcə öhdəliyi 15,5 milyard manat təşkil edir. İlin ilk yeddi ayında bu məbləğin 68,1%-i icra olunub.
Gülnar