Bakı Fond Birjasında əqdlərin həcmi 40 milyard manatı ötüb

Bu ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 40,25 milyard manat təşkil edib. Bu barədə "Bakı Fond Birjası" QSC məlumat yayıb.
Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68,9 % artım deməkdir.
Əqdlərin sayı da artaraq 17 760-a çatıb – bu, illik müqayisədə iki dəfə çoxdur.
BFB-nin ümumi dövriyyəsinin 85,2 %-ni, yəni 34,28 milyard manatını repo əməliyyatları təşkil edib. Repo bazarının həcmi ötən illə müqayisədə 87,9 % artıb.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin ümumi dəyəri 5,2 % artaraq 4,55 milyard manata, korporativ qiymətli kağızlar üzrə isə 13,3 % artaraq 1,42 milyard manata yüksəlib.
Aytac