"Azeri Light" neftinin qiyməti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,78 ABŞ dolları və ya 1,09% azalaraq 70,59 ABŞ dollarına düşüb.
Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin oktyabr fyuçersləri 70,84 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Türkiyənin Ceyhan limanında FOB (free on board) bazasında satılan "Azeri Light" neftinin bir bareli 0,78 dollar və ya 1,11% ucuzlaşaraq 69,17 ABŞ dollarına ticarət olunub.
Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir bareli üzrə orta qiymət 70 ABŞ dolları səviyyəsində götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də — 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda — 149,66 dollar səviyyəsində qeydə alınıb.
Azərbaycanda neft hasilatı əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə müqavilə çərçivəsində həyata keçirilir. Bu layihədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 31,65% paya malikdir.
Gülnar