Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

2025-ci il avqustun 1-nə Azərbaycanda 1 637 784 vergi ödəyicisi olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Vergi ödəyicilərinin 86,9 %-i fiziki şəxslər, 13,1 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fərdi sahibkarların sayı 4,4 %, şirkətlərin sayı isə 7,4 % artıb.
İyulun sonuna ölkədə 198 371 kommersiya qurumu olub. Bu isə 1 il əvvələ nisbətən 8,1 % çoxdur.
Təkcə bu ilin 7 ayında 8 196 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,5 %-i yerli investisiyalı, 11,5 %-i xarici investisiyalıdır.
2024-cü ildə dövlət büdcəsinə yaranmış 3169,3 mln. manat borcun 4,6 mln. manatı və ya 0,1%-i neft-qaz, 3164,6 mln. manatı və ya 99,9%-i isə qeyri neft-qaz sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin payına düşmüşdür ki, bu da əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə, müvafiq olaraq, 0,1 mln. manat və ya 2,2% və 344,7 mln. manat və ya 12,2% artıb.
Aytac