• $ 1.7
  • € 1.9842
  • ₽ 0.021251
  • ₺ 0.0417
  • £ 2.2893

7 ayda Naxçıvanda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

7 ayda Naxçıvanda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
12.08.2025 10:59

2025-ci ilin yanvar-iyulunda Naxçıvanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 984,8 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

İndiyə qədər vətəndaşlara geri qaytarılan ƏDV-nin ümumi məbləği isə 3,3 milyon manata yaxınlaşıb.

Bundan əlavə, “ƏDV geri al” layihəsinin genişləndirilməsi nəticəsində fiziki şəxslərə ölkə daxilində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin qismən qaytarılması prosesi də davam edir.

Son 5 ayda bu istiqamətdə qaytarılan ƏDV məbləği 12,8 milyon manat təşkil edib.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb
İqtisadiyyat 13:34
Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb

Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
İqtisadiyyat 13:26
Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
İqtisadiyyat 13:20
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4% artıb
İqtisadiyyat 12:40
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4% artıb
Əhalinin yanacaq xərcləri 7 %-ə qədər artıb
İqtisadiyyat 12:36
Əhalinin yanacaq xərcləri 7 %-ə qədər artıb
Ölkədə orta aylıq əmək haqqı artıb
İqtisadiyyat 12:23
Ölkədə orta aylıq əmək haqqı artıb
Unibank endirimli onlayn kredit kampaniyası keçirir
İqtisadiyyat 11:39
Unibank endirimli onlayn kredit kampaniyası keçirir
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:11
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
7 ayda Naxçıvanda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 10:59
7 ayda Naxçıvanda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol