Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4% artıb

2025-ci ilin yanvar-iyulunda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq, o cümlədən 19,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4%, qeyri-ərzaq malları üzrə 6,7% artıb.
2024-cü ilin yanvar-iyulu ilə müqayisədə 2025-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar üzrə 1,0 faiz, bazar və yarmarkalarda isə 4,3 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 489,6 manatlıq, o cümlədən 268,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 220,9 manatlıq qeyri-ərzaq malları alıb.
2024-cü ildə bir ölkə sakini orta hesabla aylıq 278,8 manatlıq ərzaq, içkilər və tütün məmulatları alıb.
Hesabat ilində həmçinin bir nəfərə orta hesab 229,2 manatlıq qeyri-ərzaq məhsulu alıb.
Ümumilikdə pərakəndə ticarət dövrüyəsi üçün bir nəfərə orta hesabla 508 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 manat çoxdur.
Aytac