Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı artıb

Bu günə qədər 581 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 7 776 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib. Bu barədə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) məlumat yayıb.
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 55 018 borcalana 3 milyard 571,647 milyon manat kredit verib
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərinin birləşdirilməsi nəticəsində yaradılıb və bu qurumların hüquqi varisi hesab olunur.
Fondun fəaliyyət istiqamətləri arasında ipoteka kreditlərinin verilməsi, kirayə mənzillərin təqdim olunması və sahibkarlığın maliyyələşdirilməsi üçün zəmanət və subsidiyaların verilməsi yer alır.
Aytac