• $ 1.7
  • € 1.9842
  • ₽ 0.021251
  • ₺ 0.0417
  • £ 2.2893

Azərbaycan nefti ucuzlaşıb


Azərbaycan nefti ucuzlaşıb
13.08.2025 09:39

 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,78 % azalaraq 67,45 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 67,58 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,55 ABŞ dolları və ya 0,83 % azalaraq 65,89 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

 "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda istehlak xərcləri artıb
İqtisadiyyat 11:34
Azərbaycanda istehlak xərcləri artıb
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib
İqtisadiyyat 11:33
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:49
Qızılın qiyməti bahalaşıb
ABŞ birja indeksləri rekord səviyyəyə yüksəldi
İqtisadiyyat 10:30
ABŞ birja indeksləri rekord səviyyəyə yüksəldi
Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdəndir
İqtisadiyyat 09:43
Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdəndir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:39
Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında neftin qiyməti bahalaşıb
İqtisadiyyat 09:25
Dünya bazarlarında neftin qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:20
Bu günə olan məzənnə açıqlanıb
Qanunsuz reklamlara dair baxılan müraciətlərin sayı artıb
İqtisadiyyat 16:33
Qanunsuz reklamlara dair baxılan müraciətlərin sayı artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol