SOCAR və Cengiz Holdinq Lukoil neftayırma zavodunu alır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin Cengiz Holdinqi Bolqarıstanın Burqas şəhərində yerləşən Lukoil neftayırma zavodunun alınması üzrə danışıqlar aparmaq üçün konsorsium qurublar.
Mümkün alıcılar sırasında Qazaxıstanın dövlət neft şirkəti «KazMunayGas», beynəlxalq treyder Vitol, Türkiyənin pensiya fondu OYAK və Macarıstanın MOL Qrupu da var.
Sanksiyalara görə Lukoil artıq 18 aydır ki, Burqas zavodunda Rusiya neftini emal edə bilmir. Azərbaycan və Türkiyə sabit xammal həcmlərini təmin edə biləcək mövqedədir. Bakı üçün isə bu sövdələşmə 2022-ci ilin yazından fəaliyyətsiz qalan Bakı–Supsa kəmərinin işə salınmasına və Qara dəniz regionunda tranzit rolunun bərpasına imkan yarada bilər.
Uğurlu alqı-satqı Azərbaycan və Türkiyənin Avropa enerji bazarındakı mövqeyini gücləndirəcək, Bolqarıstanın Rusiya kapitalından asılılığını azaldacaq və Lukoil-ə ABŞ sanksiyaları riskini minimuma endirməklə problemli aktivdən çıxmağa şərait yaradacaq.
N.Təbrizli
Son xəbərlər
Daha çox 