Azərbaycana qarğıdalı idxalı azalıb

2025-ci ilin yanvar-iyulunda ölkəyə 36 min 924 ton qarğıdalı idxal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 531 min ABŞ dolları (28,2 %) azdır. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ini təşkil edib.
Yanvarda ABŞ 2022-ci ilin martından bəri ilk dəfə Rusiyaya qarğıdalı daşınmasını bərpa edib. RİA Novosti bu barədə Amerika statistika xidmətinin məlumatlarına istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Amerika şirkətləri ilin əvvəlində Rusiyaya 55,5 min dollarlıq qarğıdalı göndəriblər. Həmin vaxt Rusiya Federasiyası bu taxılı ABŞ- dan 44,9 min dollara almışdı.
Aytac
Son xəbərlər
Daha çox 