Prezident İlham Əliyev Murovdağ tunelini açıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolunun 13,5-ci kilometrində inşa olunan 11,7 km uzunluğundakı Murovdağ tunelinin texniki açılışını edib. Bu barədə dövlət başçısının rəsmi saytında bildirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə üçüncü və dördüncü yaşayış komplekslərinin, həmçinin şəhər parkının təməlqoyma mərasimlərində də iştirak ediblər.
Səfər çərçivəsində dövlət başçısı “Balland – Kəlbəcər balı, arılar və arıçılıq məhsulları” mağazasının açılışında da iştirak edib.